-
Dəvətnamə mətnləri
-
Məhəbbət, hörmət və anlayışla bünövrəsini qoyduğumuz bərabərliyimizi həyatımızın sonuna qədər davam etdirməyə qərar verdik.
Bu şad günümüzdə sizlərlə olmağı arzu edirik.***
Sevgimizin ömrümüzün sonuna qədər davam etməsi ümid və arzusu ilə ortaq həyata addım atdığımız bu xoşbəxt gündə sizlərlə birlikdə olmaqdan çox məmnun olarıq.
***
llər keçdi. Saatlar artıq yavaş-yavaş xx/xx/xx tarixinə yaxınlaşır. Məhz həmin gün biz öz tale və qəlblərimizi birləşdircəyik.
Əziz,_________________!
Sizi böyük məmnuniyyət və şərəf hissi ilə sevincli günümüzü bizimlə bərabər keçirməyə dəvət edirik. Məclis xx/xx/xx tarixində saat xx.xx-də “” şadlıq sarayında baş tutacaq.
Hörmətlə (bəy və gəlinin adları)
***
Biz adı AİLƏ olan gələcək şəhərimizi yaratmağa qərar verdik. QAYĞI fənərləri ilə işıqlanan, ZƏRİFLİK nəğməsi eşidilən XOŞBƏXTLİK rayonu, SEVGİ küçəsində məskunlaşmağı, dostlarımızla DİQQƏT kafesində SƏDAQƏT bulvarında görüşməyi çox arzulayırıq.
Hörmətli______!
Sizi gələcək şəhərimizin əsasının qoyulma mərasiminə dəvət edirik. Məclis (tarix və saat göstərilir) baş tutacaq. Şəhər darvazaları bütün qonaqlar üçün (saat göstərilir) etibarən açıq olacaq.
***
Bir ömür boyu xoşbəxt olmağa imzalarımızı atarkən sizlərin yanımızda olması bizi çox məmnun edər.
***
Su kimi axıb gedən bu həyatda ikimizə aid olan bir səhifə açarkən nikah mərasimində siz dostlarımızı yanımızda görmək bizə qürur və şərəf verəcəkdir.
***
Bərabərliyə addım atdığımız bu özəl günümüzdə səadətimizi sizlərlə paylaşmaq bizi daha da xoşbəxt edər.
***
Bərabərliyimizi evliliyə aparan bu yolda səadətimizi sizlərlə bölüşməyi arzu edirik.
***
Bərabər həyatın başlanğıcı olan bu toy mərasimində sizlərlə birlikdə olmaqdan səadət duyacaqlar.
***
Ömür boyu sürəcək xoşbəxt bərabərliyimizin başlanğıcında sizləri də aramızda görməkdən qürur duyarıq.
***
Həyatı gözəllikləri və çətinlikləri, göz yaşları və sevinci, hüzn və səadəti hər halı ilə bölüşməyə qərar verdik. Sizlər də lütfən bu qərara şahidlik edin.
***
Bu xoşbəxt günümüzü bizimlə bölüşməkdən sevinc duyarıq.
***
Evlilik mərasimində sizlərlə birlikdə olmaqdan səadət duyarıq.
***
Toy mərasimində təşrifləriniz bizə səadət gətirəcəkdir.